Azərbaycan estradasının gənc və fiziki qüsurlu müğənnisi Murad Sadıx media nümayəndələrini başına toplayaraq "Möcüzə" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, rejissor Ramil Ağasıyevin ərsəyə gətirdiyi klipdə Murad fiziki qüsurlu "oliqarx" obrazını canlandırır: "Klipdə xanımlardan biri insanlığıma, digəri var-dövlətimə görə ünsiyyət qurur. İkinci qız isə mənim əlil olduğumdan xəbərsiz olana qədər çox bahalı hədiyyələr verirəm".
Daha sonra tədbirdə söz alan rejissor Ramil Ağasıyev Murad haqqında bunları deyib: "Klip çəkilişləri zamanı çox əziyyət çəkdik. Çünki hər bir detala çox önəm verirdik. Murad Sadığa artıq dost gözü ilə baxıram. O, söz verib ki, gələcəkdə klipləri kimi varlı olsa hər birimizə 100 min manat pul verəcək. Murad işini sevən, mübarizə aparan və pozitiv insandır".
Onu da qeyd edək ki, Muradı təbrik edənlər sırasında millət vəkili Qənirə Paşayeva da var idi. O mətbuat konfransına qatılsa da üzürlü səbəbdən tez getməli oldu.
Muradla birgə jurnalistlərin qarşısına mahnının söz yazarı Sevinc Şirin də çıxdı. "Möcüzə"nin musiqisi Vüsalə Hikmətə məxsusdur.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB