Azərbaycanlı müğənni Elçin Hüseynov yeniliklərindən danışıb. Müğənni bu yaxınlarda yeni mahnısının işiq üzü görəcəyini bildirib. SİA- ya açıqlama verən Elçin sözügedən mahnının hələ tam hazır olmadığını söyləyib: "Hazırda yeni mahnı üzərində çalışıram. Ancaq mahnının adını demiyəcəm. Çünki tam hazır deyil. Bu mahnıya klip çəkdirmək fikrim də var".
Elçin Hüseynov bu vaxtadək duet oxumamağının səbəbini də açıqlayıb: " Duet oxumamağıma səbəb dava-dalaşdan kənar olmağımdır. Çünki duet oxuyan ifaçılar hamısı sonradan bir-biri ilə dalaşırlar. Bir şeyi nəzərinizə çatdırım ki, bir müddət öncə Röya ilə duet oxumaq istədiyimi demişdim. Ancaq bəziləri bunu pis qəbul etmişdi. Ancaq bu cür insanlara demək istəyirəm ki, mən Röya xanımla reklam xatirinə yox, sənət üçün oxumaq istəyirdim. Onu da deyim ki, Röya xanımla duet oxumalı olsam, gərək onun səs tembirinə uyğun mahnı yazılsın. Amma adıçəkilən ifaçının səs tembirinə bütün musiqilər uyur. Çünki onun çox gözəl ürəyi var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB