Türk peşəkarlarından musiqiçimizə dəyərli hədiyyə

Türk peşəkarlarından musiqiçimizə dəyərli hədiyyə

Daha bir azərbaycanlı müğənni yaradıcılığındakı yeniliyi türk peşəkarlarına həvalə edib. Gənc ifaçı Rövşən Civişovun qardaş ölkədə "Gəl" adlı mahnısı işiq üzü görüb. Üstəlik türkiyəli bəstəkarlar ifaçıya 10 yeni mahnı hədiyyə ediblər. Bu haqda SİA-ya Rövşənin özü məlumat verib: "Yeni "Gəl" adlı mahnım ərsəyə gəlib. Adıçəkilən mahnını türkiyəli aranjimançılar həyata keçirib. Bu mahnıya yaxın zamanlarda klip çəkdirməyi də düşünürəm. "Gəl" mahnısı bir çox radiolarda səslənib. Ancaq bu yaxınlarda televiza məkanlarında da yayımlanacaq. Onu da deyim ki, sözügedən mahnının sözləri və musiqisi Esmiralda xanıma məxsusdur".

Rövşən Civişov xalq artisti Flora Kərimovayla yayılan şayiələrə də aydınlıq gətirib: "Deyilənlərə görə, Flora xanımla dalaşmışıq və danışmırıq. Ancaq belə yalan informasiyaları yayan insanlara demək istərdim ki, hər zamankı kimi yenə də Flora xanımla birgə iş birliyimiz olacaq. Artıq bir neçə duetlər üzərində çalışırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə