Azərbaycanlı müğənni evlilik həyatından danışdı

"Belə şəraitdə kim arıqlayar?"
Azərbaycanlı müğənni evlilik həyatından danışdı

İkinci evliliyini yaşayan məşhur müğənni Kərim Abbasovun xarici görünüşündə dəyişiklik var. Müğənninin kilo aldığı gözümüzdən qaçmadı. SİA-ya açıqlama verən Kərim özü də bunu danmadı: "Evə gələrkən isti, ləziz yeməklər və qulluğunda dayanan xanım varsa, kökəlməmək mümkün deyil. Belə şəraitdə kim arıqlayar? Subay olanda gecələr yemək yemirdim. İndi gəlib görəndə ki, xanımım yemək yeməyib məni gözləyir, məcbur olub onunla yeyirəm. Kilolu qalmağı heç bir müğənniyə yaraşdırmıram. Yaxın günlərdə pəhrizə başlayıram. Ancaq yağsız yeməklərlə qidalanacam. 12 günə 5 kilo arıqlaya bilirəm".

Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə