Azərbaycanın əməkdar artisti Baloğlan Əşrəfov bu yaxınlarda getdiyi Moskva səfərindən ağız dolusu danışıb. Müğənni orda da çox sevildiyini deyib. SİA-ya açıqlama verən Baloğlan bəy, həmkarından da söz açıb: " 2-3 gün bundan öncə xalq artisti Alim Qasımovla birgə Moskvaya dəvət almışdıq. Moskvaya getməyimizə səbəb ordakı məkanların birinin açılış mərasimində iştirak etmək idi. Ora getdikdə restoranın müdirindən maraqlandım ki, niyə Azərbaycandan məhz bizə dəvət etdiniz? O cavabında söylədi ki, burada yaşayan azərbaycanlılar arasında sorğu keçirilib: "400 nəfər sizi və Alim Qasımovu çox bəyəndiklərini dedilər. Bir sözlə Moskvada yaşayan həmvətənlərimiz sizi və Alim Qasımovun səsini çox bəyənirlər. Ona görə də sizi bura dəvət etməli oldum ". Məkanın müdiri mənə bu sözləri deyəndə çox sevindim və düşündüm ki, bizi Moskvada da sevən azərbaycanlılarımız var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB