Rəssam-vizajist Nərmin İbrahomova SİA-nın "Mən beləyəm" rubrikasının növbəti qonağıdır.
Foto kameramızın önünə keçən Nərmin xanım həm poz verdi həm də bilmədiyimiz xasiyyətlərini açıqladı: "Mən çox həssasam. Yaradıcı insanlar bir az kövrək olur. Mən də beləyəm. Kövrək olmağım da fikir eləməyimnən irəli gəlir. Baş verənləri, ən xırda detalları belə içimə atıram, düşünürəm. Hərdən ən cuzi şeylərə üzülə bilirəm".
Nərmin təmkinli olsa da bəzən möhkəm qəzəbləndiyini də istisna etmir: "Təbiətcə sakitəm, az və asta tonla danışmağı sevirəm. Amma hirsləndiyim zaman da gözümə heç nə görünmür. O zaman həyat yoldaşım Turan məni "yola verməyə" başlayır".
İşləmədən yaşaya bilmədiyini açıqlayan Nərmin çox dəqiq insan olduğunu xüsusi ilə vurğuladı: "Evdən hazırlaşıb çıxmağım çox çəkmir. Əgər gedəcəyim yeri dəqiqiləşdirmişəmsə, mütləq deyilən zamanda hazır olmalıyam. Turanla bu mövzuda sözlərimiz üst-üstə düşmür. Mən tez hazırlaşıb onu gözləyirəm. Yoldaşım astagəldir. Mən isə gözləməyi sevmirəm".
Nərmin diqqətli insanların vurğunudur: "Hər bir insan kimi mən də gözəlliyi sevirəm. Diqqətli insanlar isə ürəyimə yatır. Əgər çox istədiyim adamlar mənə diqqət yetirmirsə, inciyirəm".
Rəssam xanım ən mənfi xüsusiyyətindən də bizi agah etdi: "Bizim evdə bu mənfi xüsusiyyət kimi qəbul olunsa da, bir çoxları buna gülməli hal kimi baxır. Mən evdə olan siyirtmələri çəkəndən sonra, bağlamıram, açıq qalır. Bu, isə Turanı qıcıqlandırır. Bir dəfə hətta uşaq yeriyərkən açıq siyirtməyə dəyib, yıxıldı. Onda ümumiyytlə qan-qaraçılıq oldu evdə. Yenə də bu xasiyyətimi tərgidə bilmirəm, yadımdan çıxır".
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB