Məşhur müğənni Rəqsanə İsmayılova Bakını tərk edib. Sənətçi 2 gün öncə gecə saatlarında Türkiyəyə yola düşüb. Noyabrın birinci ongünlüyünə qədər Türkiyədə qalacaq ifaçı albom hazırlıqlarına başlayıb. Bundan sonra onun yolu tez-tez Türkiyəyə düşəcək. O, ənənəvi yaradıcılıq işlərinin həllini Türkiyədə nəzərdə tutub. Bu barədə telefon bağlantısı zamanı sənətçi özü SİA-ya bildirib.
"İki gün əvvəl mənə təzyiq olunduğu barədə açıqlama verərkən, məcburiyyətdən ölkəni tərk edəcəyimi açıqladım. Bu səfər həmin zərurətdən yaranmayıb, əvvəlcədən planlaşdırılmışdı. Bakıya qayıdacam. İnanıram ki, haqq-ədalət yerini tutucaq və mən insanlar üçün məhkəmə qalmaqalları ilə deyil, ancaq sənətimlə maraqlı olacam".
Rəqsanə bildirib ki, Türkiyəyə çatan zaman ona TMB kanalından dəvət gəlib. Ötən gün axşam saatlarında telekanalın "Nurseza ilə günün ritmi" verilişində qonaq olan sənətçi həm mahnılar ifa edib, həm də teleaparıcı ilə özündən, yerli şou-biznesdən danışıb. Teleaparıcı Rəqsanəni Azəbaycanda olarkən tanıdığı və keçirilən konsertlərin birində tamaşaçını coşdurmağı bacaran bir sənətçi olaraq təqdim edib. Rəqsanəni bu və digər xarakterlərinə görə, Türkiyənin Seda Sayanı ilə müqayisə edib.
Verilişin gedişatında Rəqsanə türkiyəli həmkarlarından biri ilə duet oxumaq planını açıqlasa da, hələlik ad çəkməyib. Sözünün davamı olaraq isə bildirib ki, Sezen Aksunun repertuarından məhşur mahnılardan birini oxumağa hazırlaşır.
Canlı verilişdən sonra birbaşa səsyazma studiyasına yollanan müğənni aranjeman olunan musiqilərlə tanış olub, mahnıları lentə yazdırmadan öncə məşq prosesinə başlayıb.
Xatırladaq ki, alboma daxil ediləcək mahnıların əksəriyyətinin bəstəsi müğənninin özünə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB