Mərasimə 1 saat 40 dəqiqə gec qatılan səbəbkarlar qırmızı xalçadan addımlayaraq məkana daxil oldular. Əkiz bacılar Roza Zərgərli ilə birgə gəldilər.
İçəri daxil olan kimi intizarda qalan qonaqlar kliplə tanış oldular. Hər kəsin marağına səbəb olan klip gurultulu alqışlarla qarşılandı.
Mərasimi idarə edən Zabir Əliyev təqdimatdan dərhal sonra tortu kəsməyi təklif etdi. Ən maraqlı məqam isə odur ki, tortu kəsən səbəbkarlar və bütün heyət eyni qaşıqdan daddılar. Rozanın sözlərinə görə, bu, onların adətidir..
Onu da bildirək ki, Sevil və Sevinci təbrik etmək üçün müğənnilər Samira Allahverdi, Kərim Abbasov, Zarina Məmmədova, Günay İbrahimli, Yaşar Yusubov, Elvin Abdullayev, prodüsserlər Kənan Bayramov, Təranə Səmədova və başqaları təşrif buyurmuşdu.
Mərasimdə baş verən ən maraqlı anları təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiz.
31.10.2012 15:41
Bu gün əkiz bacılarından ibarət "S Twins" qrupunun (Sevinc və Sevil Səfərovalar) "Sev məni" adlı ilk kliplərinin təqdim etmə mərasimidir. SİA-nın məlumata görə, tədbirdə şou-biznesin bir çox tanınmış simaları iştirak edir.
"Sev məni" adlı klipdə məhəbbətdən bəhs edilir. Adıçəkilən mahnının musiqisi Cəmil Məmmədliyə aiddir.
Nəzərinizə çatdıraq ki, klipin rejissorluğunu populyar müğənni Roza Zərgərli öz üzərinə götürüb. "S Twins"-in obrazları üzərində stilist Badamxanım Yusifzadə işləyib.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB