Azərbaycanlı aparıcının vahiməli görünüşü

Azərbaycanlı aparıcının vahiməli görünüşü

Hər il ənənəvi olaraq keçirilən "Helloween" bayramı bu ildə maraqla qarşılandı. Bayrama xüsusi hazırlaşan isə ATV telekanalından yaxşı tanıdığımız teleaparıcı-dj Rüfət Ağayev olub.

SİA-nın məlumatına görə, aparıcı özünü tanınmaz hala salıb. Ən yaxın dostları ilə "Helloween" gecəsinə qatılan Rüfət özünü "Qlamurnı vampir" adlandırıb: "Əsas odur ki, mən bu dəfə də "kəpənək" ənənəmə sadiq qaldım".

Onu da bildirək ki, Rüfətlə birgə bayram gecəsinə qatılan dostları "Ağ-qara mələk" və Drakula" obrazında olublar.

Xatırladaq ki, Rüfət Ağayev "Bizim səhər" verilişi ilə yanaşı "Arxiv" verilişində də aparıcılıq edib. O, hazırda 106.3 FM radiosunda həmkarı Elvira İsmayılova ilə birgə "Bizim səhər" şousunu idarə edir.

Aparıcının vahiməli görünüşünü isə eksklüziv olaraq SİA oxucularına təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə