Xəbər verdiyimiz kimi, Anar Məmmədovun layihəsi olan "Aləm gözəl" mahnısı üzərində sözün əsl mənasında savaş gedir. Xalq artisti Brilliant Dadaşova ilə əməkdar artist Abbas Bağırov mahnını "bölə" bilmirlər.
Brilliant xanımın mövqeyindən çıxış edərək bir çox məsələlərə toxunan xalq artistinin mətbuat katibinin açıqlaması Abbas Bağırovu qəzəbləndirib. Məsələyə başqa tərəfdən yanaşan əməkdar artistin xəbərə şərhini SİA oxucularına olduğu kimi təqdim edirik: "Ayıbdır, vallah! Amma bir tərəfdən də sevinirəm ki, mənim ifa etdiyim mahnıya belə hücum ediblər. Qarşı tərəfin fikrinə görə, bu mahnıda "çörək" var. Ancaq mənim qismətimi, ruzimi Allah verir. Onun-bunun mahnısını oğurlamaqla məşğul olmuruq, Şükür! Mahnını ifa etmək istəyən hər kəs onda şan-şöhrətin olduğunu düşünür".
Müğənni təmkinli davranmağa çalışsa da, emosiyalarını gizlədə bilmədi: "Brilliant xanımın belə danışmağı məni heç qane etmədi. Çünki anladım ki, o, mənə dost sözünü "fonaqramla" deyirdi. Brilliant Dadaşova gözəl sənətkardır, amma öz mahnıları ilə!"
Əməkdar artist, "Abbas bu üsulla özünə reklam qazanır" deyənlərə də cavab verdi: "Kim reklam qazanır? Mən? Abbasa belə reklam gərək deyil. İdarə etdiyim məclislər mənə bəs edir. Vaxt gələcək, hər kəs haq-ədaləti və kimin harada nə oxuduğunu anlayacaq".
Onu da bildirək ki, facebook sosial şəbəkə istifadəçiləri hər iki müğənninin ifasını səsverməyə çıxartmaq istəyir. Artıq Abbas Bağırovla Brilliant Dadaşova fanatları "mühabirə" elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB