40 yaşlı “meqastar” dəyişiləcək

40 yaşlı “meqastar” dəyişiləcək

Türkiyənin tanınmış ulduzu Tarkan cavanlaşmağa qərar verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 40 yaşına qədəm qoyan meqastar bu məqsədlə Almaniyaya gedib. Burada o, bir çox tanınmışların gəncləşmək üçün üz tutduğu klinikaya müraciət edib.

Qeyd edək ki, məhşur müğənni həftədə 5500 manat pul xərcləməklə özünü arıqladacaq. Lazım gələrsə hətta botoks prosedurundan da istifadə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə