Firuzə İbadova həbsxanada yatan bacısı haqda nələr dedi? AÇIQLAMA

Firuzə İbadova həbsxanada yatan bacısı haqda nələr dedi? AÇIQLAMA

Məlum olduğu kimi, əməkdar artist Firuzə İbadovanın bacısı Rəhilə xanım qadın həbsxanasında cəza çəkir. 6 ildir məhkum həyatı yaşayan Rəhilə xanım dekabr ayında azadlığa buraxılacaq. Məsələ ilə bağlı SİA-ya açıqlama verən Firuzə xanım bacısına haqq qazandırmağa çalışdı: "Bacımı günahsız yerə həbs ediblər. Buna əsas səbəb kimi isə onun guya kimdənsə pul alıb, qaytarmamasını gətirirlər. Amma yazıq bacımı aldadıb evini belə əlindən alıblar. Hələ üstəlik 10 min dollar da pulunu mənimsəyiblər. Ancaq bundan sonra bacıma şər atanlar da həbs olunub. Rəhilə xanım, İnşallah vaxtından əvvəl, dekabr ayında azadlığa buraxılacaq".

Əməkdar artist qeyd edir ki, o, bacısının həbsi ilə bağlı keçirilən heç bir məhkəmədə iştirak etməyib: "Bu vaxtadək Rəhilə xanımın məhkəmələrinə getməmişəm. Çünki adımın ortada hallanmasını istəməmişəm. Artıq 40 illik sənətim alt-üst oldu. Bacımın cəzaçəkmə müəssəsində olması gələcəkdə övladlarıma problem yarada bilər. Onu da deyim ki, məni tanıyanlar yaxşı bilir ki, gəlir yerim ancaq toylardan və tələbələrimdəndir. İndi camaatın üzünə necə baxacam"?

Bütün xəbərlər Facebook səhifəmizdə