Diqqətli oxuculara məlumdur ki, məşhur Azərbaycan mahnısı olan "Aləm gözəl"in ətrafında qalmaqal səngimək bilmir. İlk dəfə bəstəkar-müğənni Ramal İsrafilovun ifasında dinlədiyimiz mahnıya sonradan əməkdar artist Abbas Bağırov "şərik" çıxıb. Öncə dostluq münasibətində olan Ramal və Abbas sonradan mahnıya görə, əsl düşmən mövqeyinə keçiblər.
Mahnı ətrafında söz-söhbətin sakitləşdiyi bir vaxtda xalq artisti, məşhur estrada ifaçısı Brilliant Dadaşova onu yenidən gündəmə gətirib. Sənətkar mahnının sözlərinin ideya müəllifi özü olduğunu iddia edərək, məhsula yeni nəfəs verib. Ancaq onun bu addımı şou aləmində çaxnaşma yaradıb. Abbas Bağırov və Brilliant Dadaşova mahnının yenidən ifa olunmasına görə deyil, müəlliflik hüququnun pozulması üçün mübahisə ediblər. Xalq artisti mahnının sözlərinin ideya müəllifi olduğunu bildirdiyi halda, Abbas Bağırov Leyla Əmirovanın adını çəkir.
Məsələ ilə bağlı SİA-ya xalq artistinin mətbuat katibi danışıb. Mövzu ətrafında sonuncu dəfə açıqlama verdiyini deyən mətbuat əlaqələndiricisi məsələyə başqa cür yanaşıb: "Heç kimə sirr deyil ki, Brilliant xanımın repertuarında Ramalın bir neçə mahnısı yer alıb. Bir gün Brilliant Dadaşova Ramala telefon açaraq ondan yeni, şən və sevgidən bəhs edən mahnı istəyib. Sənətkar "Əllərini tuturam, gözlərinə baxıram. Sevgimiz dastan olsun, düşsün dillərə" kimi sözlərin mahnıda olmasını xüsusi ilə nəzərə çatdırıb. Ramalın yanında olan prodüsseri Leyla Əmirova isə Brilliant xanımın dediyi sözləri qeyd edib. Bunu Ramal tapşırıb. Özü də xalq artisi dəfələrlə mahnıda eşitmək istədiyi sözləri təkrarlayıb. Mahnı məhz Brilliant xanımın istədiyi sözlərlə yazılıb. Ancaq onun ilk ifaçısı Ramal özü olub. Brilliant xanım isə buna görə Ramaldan inciyib. Bir müddət sonra görüb ki, mahnının ideya müəllifi özü olduğu halda ondan başqa bir neçə nəfər də oxuyub. Onda qərara gəlib ki, əməyi olduğu mahnını elə özü də ifa etsin.
Biz bu günə qədər başa düşə bilmirik ki, Abbas Bağırov bizdən nə istəyir? Biz ancaq sözlərin ideya müəllifliyinə iddialıyıq. Bir faktı unutmaq olmaz ki, Brilliant xanım bu günə qədər bir neçə mahnı yazıb. Leylanın isə söz yazarı qismində çıxış etməsi təəccüblüdür".
Qeyd edək ki, yerli kanalın maqazin verilişində üz-üzə gələn Abbas Bağırov və Brilliant Dadaşovanın mahnı qalmaqalına yuxarıda adıçəkilən prodüsser Leyla Əmirova münasibət bildirib. Xalq artistinin mətbuat katibi Leylanın şahid qismində çıxış etməsinə də susmayıb: "Mahnı yazılanda Leyla Ramalla işləyirdi indi isə onlar küsülüdülər. Leyla artıq çox söz deyə bilər. Abbasla yaxın dost olduqları üçün, bəlkə də onunla çalışdığına görə təbii ki, onun tərəfində olacaq. Bu, çox normaldır. Bu qalmaqalın başqa qaynağı da ola bilər. Bəlkə də əvvəllər can deyib, can eşidən, çox yaxın və sıx dostluq əlaqəsində olan Abbasla Ramalın münasibətlərinin pozulması bu cür söz-söhbətə səbəb olub.
Mahnının müəllifi Anar Məmmədovdur, çox gözəl də mahnıdır. Sözlərinin müəllifi ilk dəfə özünü şairə kimi təqdim edən Leyla Əmirovadır. Amma fakt-faktdır ki, mahnının ideya müəllifi məhz Brilliant Dadaşovadır. Mahnını Brilliant xanımdan öncə də çox gözəl ifa ediblər. Amma xalq artisi "Aləm gözəl"i özünəməxsus şəkildə səsləndirib. Hər zaman "haqq-ədalət" tərəfdarı olan Abbas Bağırov isə bu dəfə də eyni hərəkəti etib".
Sonda isə hər iki müğənninin ifasını sizin ixtiyarınıza buraxırıq:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB