Üzeyir Mehdizadə yoxa çıxıb?

Müəyyən kütlə tərəfindən sevilən meyxanaçı Üzeyir Mehdizadənin yoxa çıxması barədə şayələr dolaşır. Hətta meyxanaçının Bakını tərk etdiyi belə deyilir. Məsələyə aydınlıq gətirmək üçün Üzeyirin prodüsseri Nicatla əlaqə saxlamalı olduq. Meyxanaçının prodüsseri şayələrə son qoymaq üçün SİA-ya açıqlama verdi: "Üzeyir Mehdizadə yoxa çıxmayıb. Sadəcə xarici ölkələrdə konsert proqramlarında iştirak etmək üçün vətəni tərk edib. Bir sözlə başı işlərinə qarışıb. İnşallah Üzeyir noyabr ayının 20-si Azərbaycana qayıdacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə