Xəbər verdiyimiz kimi Türkiyənin məşhur müğənnisi Emre Aydın və bizim gənc ifaçı Leyla Ramazanlı 17 noyabr tarixində "Buta Palace"də konsert proqramı ilə çıxış edəcək.
Gecədə həmçinin iki məşhur DJ - türkiyəli Erdi Erdoğan və bizim Çina da qonaqlara səhərə qədər davam edən diskoteka düzənləyəcək.
Konsertin təşkilatçısı Əli Hüseynovun SİA-ya verdiyi məlumata mərasimdə VİP yerdə əyləşmək istəyənlərə şad xəbər var. Dəyəri 100 manat olan VİP yerlərin biletləri "VIP Concierge"dən və ya bu nömrədən 050 235 35 53 əldə etmək olar. Biletlərin deyilən ünvana çatdırılması da mümkündür: "Konsertdə lap az qalıb. Bilet əldə etmək istəyənlər tələssin. Çünki qiymətlər qalxa bilər".
Qeyd edək ki, konsertin informasiya dəstəyi SİA-ya məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB