Azərbaycanlı Şakira...

Azərbaycan aparıcıları sırasında "Telediva" tituluna sahib olan Afaq Gəncəli cazibədar görünüşü ilə göz qamaşdırır. Aparıcı xanım SİA-nın fotokamerasının qarşısına çıxsa da fərqli pozlar verməkdən imtina etdi. Məlum oldu ki, Afaqın şəkil çəkdirmək kompleksi var.

Xarici görünüşcə dünya ulduzu Şakiranı xatırladan teleaparıcı bu oxşarlığı bizdən eşidərkən itiraz etmədi: "Əslində, bu sözü mənə çox adam deyir. Bilmirəm nə dərəcədə bənzəyirəm. Amma Şakiranı çox bəyəndiyimi də gizlədə bilmərəm".

Xatırladaq ki, Afaqı ATV telekanalında yayımlanan "10-lar" verilişindən tanıyırıq.

Foto müəllifə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə