“Dumana" bürünən Aygün Kazımova “tüğyan” etdi

“Dumana" bürünən Aygün Kazımova “tüğyan” etdi

Azərbaycanın xalq artisti, estradanın Pop Divası Aygün Kazımova paytaxt sakinlərinə unudulmaz şou nümayiş etdirib. SİA-nın məlumatına görə, Bakıda baş tutan dünyanın ən böyük KFC-nin açılışına qatılan və əsas qonaq qismində işirak edən sənətçi əsl izdiham yaşadıb.

Aparıcı Nəsib Nurun idarə etdiyi gecədə səhnəyə yol alan xanım Kazımova ən sevilən mahnıları ilə gəncləri əyləndirib.

Açıq havada düzənlənən mərasimdə çıxış edən Pop Diva ifa etdiyi ikinci mahnıdan sonra yoldan keçənləri də saxlayıb. Onu ayaqüstə alqışlayan hər kəs "Aygün, səni sevirik" şüarları ilə ulduza səsləniblər.

Onu da bildirək ki, Kazımovanın yaşatdı coşğudan sonra səhnəyə "Natiq" ritm qrupu da yol alıb. Qrup da öz növbələrində paytaxt sakinlərinin həftəsonu istirahəti bəxş edib.

Onlardan sonra tamaşaçıların qarşısına idmançılar da çıxıb.

Mərasimdə baş verən ən maraqlı anları isə təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiniz.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə