Azərbaycanın tanınmış iki siması Brilliant Dadaşova və Abbas Bağırov üz-üzə gəldi. Telekanalların birində "Aləm gözəl" adlı mahnısı üzərində vuruşdular. Brilliant xanım mahnıya ilk ideya verən insan olduğunu bildirdi. Onun bu sözlərinə qəzəblənən Abbas, xanım Dadaşovanın bu sözlərinə biganə qalmayıb cavab verdi. O söylədi ki, mahnının ilk yaradıcıları şairə Leyli ilə o olub: "Mən başa düşmürəm ki, "Aləm gözəl" mahnısından başqa mahnı yoxdur? O, mahnını hər kəs mənim ifamda qulaq asaraq sevib. Onu da nəzərinizə çatdırım ki, Brilliant xanımın ifasında olan "Maç-maç, quc-quc" mahnısını türklər reklam anonsu kimi istifadə edib çəkmək istəyirdilər. Ancaq B. Dadaşova həmin mahnıya görə Türkiyəyə getdi və imkan vermədi. Odur ki, adıçəkilən mahnıya görə mən də eyni münasibət göstərəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB