Daha bir türkiyəli müğənni qonağımız olacaq

Daha bir türkiyəli müğənni qonağımız olacaq

Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Doğuş noyabrın 2-də növbəti dəfə Azərbaycana gələcək. SİA-nın verdiyi xəbərə görə, müğənni Göyçay şəhərində keçirilən ənənəvi nar bayramında iştirak etmək üçün qonağımız olacaq. Tanınmış ulduz öncə gecəni paytaxtda keçirdikdən sonra adıçəkilən bölgəyə yola düşəcək.

Qeyd edək ki, türkiyəli müğənni ilə yanaşı, azərbaycanlı ulduzların da Göyçayda səhnəyə çıxacağı deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə