Əslən gürcüstanlı amma Azərbaycanda kifayət qədər məşhurluq qazanan Suli ikinci albomunu buraxıb. İfaçının SİA-ya verdiyi məlumata görə, albom "O anlar" adlanır: "Alboma 6 azərbaycan mahnısı daxildir. "Rəqs et", "Olum ya ölüm", "Bezdim", "Zalım sevgi", "Yuxular" və gürcü mahnısı olan "Dila" adlı musiqilərimi dinləyə bilərsiz. Albomda ən önəmli mahnı isə sizin "Sarı gəlin"dir. Ermənilər bu mahnını mənimsəməklə məşğuldular. Mən də bir daha sübut etmək istədim ki, bu, Azərbaycan xalq mahnısıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB