Türkiyəli ulduz Emre Aydının Bakı konsertinin aparıcısı məlum olub. Konsertin təşkilatçısı Əli Hüseynovun SİA-ya verdiyi məlumata görə, Emre Aydını məkana toplaşan qonaqlara teleaparıcı Murad Azimzadə təqdim edəcək.
Bakı sakinlərinə unudulmaz gecə vəd edən təşkilatçının sözlərinə görə, konsertdə ikinci aparıcı da ola bilər: "Fikrimiz var ki, səhnədə kişi aparıcı ilə yanaşı xanım da olsun. Lider TV-də çalışan aparıcımız Muradla yanaşı bir neçə xanım aparıcı arasında seçim edirik. Hələ dəqiq qərara gəlməmişik. Amma Murad Əzimzadə dəqiq seçimdir".
Xatırladaq ki, gecədə türk ulduzu ilə yanaşı bizim yerli müğənnimiz də iştirak edəcək. Daim üzərində çalışan tanınmış ifaçı Leyla Ramazanlı repertuarında olan ən məşhur mahnılarını qonaqlara təqdim edəcək.
Onu da bildirək ki, mərasimdə həmçinin türkiyəli DJ Erdi Erdoğan və bizim Çina da iştirak edəcək.
Xatırladaq ki, "A plus production" və "ALL Stars"ın birgə təşkil etdiyi konsertin biletlərini şəhərin kassaları ilə yanaşı bu nömrələrdən də əldə etmək olar: 0505970080 və 0552210800
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB