Qalmaqallı klipmeyker milyonçu obrazında

Qalmaqallı klipmeyker milyonçu obrazında

Azərbaycanın qalmaqallı klipmeykeri Zöhrab Ağayev "Sənsiz də yaşamaq olarmış" adlı film çəkir. Rejissorun SİA-ya verdiyi məlumata görə, film Azərbaycanın çox tanınmış milyonçusunun həyatından bəhs edir. Rejissor sözügedən milyonçunun adını açıqlamasa da, film barədə qısa məlumat verib: "Həmin şəxs qəti surətdə adının çəkilməsinə icazə vermir. Filmin ssenari müəllifi milyonçunun özüdür. Artıq çəkilişlərə start verilib. Mənə elə gəlir ki, Azərbaycan teleməkanında, eləcə də kinosunda hələ belə film layihəsi olmayıb. Kinoya yarım milyondan artıq vəsait ayrılıb. Operatorundan tutmuş, işıqçılara qədər bütün çəkiliş heyəti xaricdən gələcək. Kinonun çəkilişlərinin bir hissəsi İspaniyada aparılacaq".

Qeyd edək ki, filmdə baş rollarda milyonçunun Moskvada yaşayan Jalə adlı sevgilisi və rejissor Zöhrab Ağayev oynayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə