Şou-biznesə yeni müğənni gəlir...

Şou-biznesə yeni qədəm qoyan, Şuşalı müğənni Nərgiz Hüseynova çox yaxın zamanda tamaşaçılara "İstəyirəm" adlı mahnısına çəkdirdiyi klipi təqdim edəcək.

Müğənninin SİA-ya verdiyi məlumata görə, klipin çəkilişləri Azərbaycanın əsrarəngiz guşələrindən biri olan Şəkidə baş tutub: "Mən əminəm ki, bu klip tamaşaçıların zövqünə oxşayacaq. Onlara çoxlu sürprizlərim var".

Qeyd edək ki, mahnını Leyli və Hakan Erol ərsəyə gətiriblər. Kilipin rejissoru Rəvan Elşadoğludur.

Klipin çəkilişlərindən olan ən maraqlı kadrları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə