Elçin Cəfərov həmkarı Ramal İsrafilovu məğlub etdi

Elçin Cəfərov həmkarı Ramal İsrafilovu məğlub etdi

Azərbaycan estradasının tanınmış iki simasını, yəni Elçin Cəfərovla Ramal İsrafilovu verilişlərin birində müqayisə ediblər. Müqayisə edənlər sırasında bəstəkar Nailə Mirməmmədli, rejissor Nail Naiboğlu, aktyor Elməddin, stilist Samir olub. Onlar hər iki müğənnini müzakirə edərək xal qazandırıblar. Bu vaxt Ramal və Elçinin keçmişindən bir çox qaranlıq qalan məsələlərin üstü açılıb.

Münsiflər heyəti bəlli edib ki, illər öncə hər iki ifaçı bir çox qruplarda oxuyublar. Ramal uşaqlıqdan atası ilə birgə el şənliklərinə gedib. Elçinin nigahdan kənar uşağı olub. İsrafilov toylara 10 minə, Cəfərov isə 5 min manata gedir. Bəstəkarlıq baxımından Ramalın Elçindən fərqli olaraq, şou-biznesdə bəzi tanınmış müğənnilərlə iş birliyi olub. Araşdırma zamanı daha bir məqam ortaya çıxıb ki, Elçinin kliplərinin sayı Ramaldan daha çoxdur.

Qeyd edək ki, Elçin Cəfərov rəqibi Ramal İsrafilovu 9/7 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə