Azərbaycanlı aktrisa Dilbər ulduz xəstəliyinə hələ tutulmadığını bildirdi. Aktrisa özlərinə ulduz adı verən müğənnilərə də ismarıclarını göndərdi. SİA-ya açıqlama verən xanım aktrisa bunları dedi: "Hələ ki, ulduz xəstəliyinə tutulmamışam. Heç elə bir fikrim də yoxdur. Ancaq şou-biznesdə adlarını çəkmək istəmədiyim bir sıra müğənnilər var ki, özlərini ulduz hesab edirlər. Onu da deyim ki, adlarını gizli saxlamaq istədiyim və özlərinə ulduz deyən ifaçılara yaxşı münasibətdə deyiləm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB