Teleməkanın tanınmış siması, cazibədar aparıcı Zemfira Adığözəlovanın başına iş gəlib. Aparıcı xanım avtomobilini ağaca çırpıb. SİA-ya açıqlama verən Zemfiranın sözlərinə görə, o, ağır yol qəzasından qurtulub: "Apardığım "Klip parad" verilişinin çəkilişinə tələsirdim. Rejissor Nail Naiboğolu dayanmadan zəng edirdi. Avtomobilə əyləşən zaman dayandırıcı əyləci çəkməyi unutmuşam. İşıqforda yaxınlaşan zaman "tormuz" tutmadı. Hiss etdim ki, qarşıdaki avtomobilə çırpılacam. Maşını yoldan çəkmək istəyəndə isə ağaca çırpdım".
Aparıcı bildirir ki, baş verən qəzada onu sözün əsl mənasında Allah saxlayıb: "Çox qorxdum. Amma Şükürlər olsun nə özümə nə də avtomobilimə heç nə olmadı. Ağaca çırpılsam da, ciddi ziyan dəymədi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB