“İmza: Ümit Sayın və Zarina”

Xəzər Tv və Araz radiosunun birgə yayımı olan "İmza: Mən" verilişinin növbəti çəkilişləri baş tutub. SİA-nın məlumatına görə, verilişin bu dəfəki qonağı Türkiyənin tanınmış sənətçisi Ümit Sayın və azərbaycanlı müğənni Zarina Məmmədova idi.

Aparıcı Səxavət Nurun təqdimatında yayımlanan verilişdə olduqca maraqlı anlar yaşandı. Ümit Sayın yaradıcılığı ilə bağlı açıqlamalarla yanaşı şəxsi həyatından da söz açıb. Hər kəsin marağına səbəb olacaq məlumatlar verən Ümit Zarinanın ifasına da toxunub. Gənc müğənninin gələcəyinə inanan sənətçi ondan canlı muğam parçası ifa etməyi də xahiş etdi. Zarinanın canlı ifası isə gurultulu alqışlarla qarşılanıb.

Qeyd edək ki, veriliş hər həftənin cümə günü saat 20:00-da Xəzər TV və Araz radiosunun efirində yayımlanır.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə