Azərbaycanlı müğənni Türk ulduzu ilə eyni səhnəni bölüşəcək

Azərbaycanlı müğənni Türk ulduzu ilə eyni səhnəni bölüşəcək

Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış müğənnisi Emre Aydın 17 noyabr tarixində Bakının Buta Palace səhnəsində möhtəşəm konsert proqramı ilə çıxış edəcək. "A plus production" və "ALL Stars"ın birgə təşkil etdiyi konsertdə Emre ilə yanaşı tanınmış türk DJ-i Erdi Erdoğan və bizim Dj Çina da iştirak edəcək.

Təşkilatçı Əli Hüseynovun SİA-ya verdiyi məlumata görə, Emre ilə eyni səhnəni bölüşən tək DJ-lər olmayacaq. Belə ki, onun Bakı konsertində gənc müğənni Leyla Ramazanlı da çıxış edəcək: "Düşünüb qərara gəldik ki, estradanın gənc amma istedadlı müğənnisi Leyla Ramazanlı da o konsertdə iştirak etsin. Çox fərqli və maraqlı bir şou hazırlanır".

Bir çox sürprizlərlə bol olan və səhərə kimi diskoteka ilə davam edən konsertin biletlərini şəhərin kassaları ilə yanaşı bu nömrələrdən də əldə etmək olar- 0505970080 və 0552210800.

Bütün xəbərlər Facebook səhifəmizdə