Azərbaycanlı xanəndə nə gizlədir?

Azərbaycanlı xanəndə İlahə İbadova "Qonşu qız" mahnısına klip çəkdirib. SİA-nın verdiyi xəbərə görə, xanəndə sözügedən mahnını gənc həmkarı Talehlə birgə ifa edib.

Nəzərinizə çatdıraq ki, klip haqqında daha ətraflı öyrənmək istəsək də İlahə xanım suallarımıza cavab vermədi. O, suallarımızı cavabsız qoydu. Xanım İbadova "Klip hazır olduqdan sonra baxa bilərsiniz", -sözləri ilə kifayətləndi.

Qeyd edək ki, "Qonşu qız" mahnısının sözləri Hüseyn Arifə, musiqisi isə Ələkbər Tağıyevə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə