Azərbaycanlı müğənni sevgilisini öz klipinə çəkib

Gənc müğənni yeni mahnısını ekranlaşdırır
Azərbaycanlı müğənni sevgilisini öz klipinə çəkib

"Qeyri-adi" və "Nağıllar" mahnıları ilə məşhurlaşan müğənni Elvin Abbasov daha bir mahnısına klip çəkdirmək qərarına gəlib. Bu dəfə o, bəstəsi Aybəniz Güllərə aid "Sevgilim" mahnısını ekranlaşdıracaq. Sayca Elvinin üçüncü klipi olan "Sevgilim"in rejissorunun kim olduğu hələ gizli saxlanılır. Müğənni onu da qeyd edib ki, klipdə həqiqətən də onun sevdiyi qız çəkiləcək.

Yaraşıqlı müğənninin sevgilisinin hansı məşhur olduğunu bilmək istəyənlər onu noyabr ayının ilk günlərində aşkar edəcəklər. Belə ki, Elvin çəkilişlərin oktyabrın sonunda başlayacağını və noyabr ayında artıq sevənlərinə təqdim edəcəyini bildirib.

Elvin Abbasovun "Sevgilim" mahnısını sizə də təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə