Tarkanın ad gününə böyük sürpriz FOTO

Tarkanın ad gününə böyük sürpriz FOTO

Türkiyənin məşhur müğənnisi Tarkan 40 yaşını öz evində qeyd edib. SİA-nın "haberturk.com" saytına istinadən verdiyi məlumata görə, dünən axşam saatlarına bununla bağlı keçirilən ziyafətə meqastarın dostları və onunla çalışan işçilər qatılıb.

İstanbulun Tarabya məhəlləsindəki evində təşkil olunan ziyafət mərasiminə Almaniyanın Yaşıllar Partiyasının türk əsilli həmsədri Cem Özdəmirin qatılması maraqlı məqamlardan olub. Yalnız Tarkanın mahnılarının çalındığı ziyafət gecə saatlarına qədər davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə