Məşhur müğənni Azərbaycanı tərk edir

Məşhur müğənni Azərbaycanı tərk edir

Estradanın məşhur ifaçısı Sevda Yahyayeva vətəni tərk edir. Bu barədə SİA-ya müğənni özü məlumat verib. Sevda bir neçə gündən sonra Ukraynaya yollanır. Buna səbəb isə yeni klipinin çəkilişləridir.

Dinləyicilərinə yenicə təqdim etdiyi "Sən" adlı mahnısına klip çəkdirmək üçün Ukraynaya üz tutan Sevda maraqlı bir iş ərsəyə gətirəcəyinə də inanır: "Klipin bütün işçi heyyəti ukraynalı olacaq. Buradan mənimlə ancaq prodüsserim gedir. İstədim ki, stilistimi də özümlə aparam. Ancaq düşünürəm ki, dəyişiklik köklü şəkildə olmalıdır. Klipin rejissoru da təbii ki, ukraynalıdır. Ancaq onun adını hələ sirr saxlayıram".

Onu da bildirək ki, "Sən" adlı mahnının musiqisi Pərviz Mahmudova sözləri isə Aygün İsmailovaya məxsusdur. Sevda 26 oktyabr tarixinə qədər paytaxta yeni məhsulu ilə qayıdacağını da açıqladı.

Müğənninin yeniliyi tək bununla bitmir. Belə ki, Sevda artıq neçənci dəfədir prodüsserini dəyişir. O, Pərviz Əsgərovdan sonra Sərxan Qədimovla çalışmağa başladı. Ancaq tərəflərin iş birliyi 2 ay davam etdi. İndi isə Sevdanın yeni prodüsseri Turanə Cəfərovadır: "Turanə xanım olduğu üçün onunla mənə daha rahatdır. Hər kəs soruşur ki, niyə mənim kimi insan prodüsserlərlə yola getmir? Ancaq burdan səslənirəm ki, əslində heç kimlə davamız olmur. Sivil insanlar kimi iş birliyinə son qoyuruq. Mənə artıq keyfiyyətli məhsul təqdim edən prodüsser lazımdır. Ümidvaram ki, bundan sonra işlərim daha yaxşı gedəcək".

Onu da bildirək ki, Turanə Cəfərova xalq artisti Səməd Səmədovun prodüsseri Rövşənin həyat yoldaşıdır.

Sözügedən mahnını aşağıdaki videoda dinləyə bilərsiz:

Bütün xəbərlər Facebook səhifəmizdə