Əməkdar artist arzusuna çatıb?

Azərbaycan estrdasının tanınmış bəstəkar- müğənnisi Elza Seyidcahan arzularından danışıb. Bəstəkar səhnədə olduğu müddət ərzində daima üzərində çalışacağını da deyib. SİA-ya açıqlama verən əməkdar artist hətta tamaşaçılarını hər zaman sevindirəcəyinə də söz verib: "Hər zaman Allahdan diləmişəm ki, yaradıcılığımda və şəxsi həyatımda hər şey öz axarında getsin. Ən əsası isə arzu etmişəm ki, musiqiçi olduğumdan ifam və bəstələrim yaxşı olsun. Mənim fikrimcə, Allah məni o arzuma çatdırıb".

Bütün xəbərlər Facebook səhifəmizdə