ANS telekanalının aparıcılarından olan Ulvira Qarayeva stilist Samir Əliyevin çətinliklərlə dolu həyatını araşdırıb. SİA-nın məlumatına görə, mini film hazırlayan Ulvira Samirin böyüdüyü internat evinə yollanıb. Elə Samirlə birgə çəkiliş edən Ulvira onun uşaqlıq illərindən bu günədək yaşadığı bütün haqsızları və çətinlikləri lentə almağa çalışıb.
"Ulvira ilə böyüdüyüm internat evinə yollandıq. Müəllimlərimi gördüm. Məni həmişəki kimi isti qarşıladılar. Hətta bu yerlərə gəlib çatdığım üçün mənimlə fəxr etdiklərini də dilə gətirdilər. Mən yenə də orada hazırlanan yeməklərdən yedim. Dad yenə doğma idi. Ulvira çox kövrəldi, hətta ağladı", -deyən stilist də göz yaşlarını saxlaya bilmədi.
Onu da bildirək ki, Ulviranın stilist haqda çəkdiyi mini film bu gün saat 18:15-də ANS TV-nin efirində nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB