Şakira oğluna müsəlman adı qoydu

Ötən həftə şəhərimizə təşrif buyuran dünya şöhrətli müğənni Şakira təxminən 3 ay sonra doğulacaq körpəsinə ad qoyub. SİA-nın xarici KİV-ə istinadən xəbərinə görə, Şakira və onun sevgilisi, "Barselona" futbol klubun oyunçusu Jerar Pike uşağa Biel adının vermək qərarına gəliblər.

Şakira bundan əvvəl uşağa Ulises adını vermək istəyib. Lakin sevgilisi Biel adını təklif edib. Biel Qabriel adının katalan formasıdır. Bu ad Bibliyadan götürülüb və "Allahın qulu" kimi tərcümə olunur.

Ötən həftə 18.3 milyon fanatına öz qarnını nümayiş etdirən Şakira Bakıda keçirdiyi konsertlə bağlı təəssüratlarını bölüşüb: "Mən özümü səhnədə əla hiss edirdim. Biz həqiqətən də gecədən zövq aldıq".

Qeyd edək ki Şakira və məşhur oyunçu 2010 ildən bəri görüşür və bu yaxınlarda Barselona şəhərində ev alıblar. Cütlüyün uşağı 2013 ilin yanvarında dünyaya gəlməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə