2 serialın yayımı dayandırıldı

Türkiyənin "D" telekanalında nümayiş olunan, yüksək smeta dəyəri olan 2 serialın yayımı dayandırılır. SİA-nın türk mətbuatına istinadən xəbərinə görə, reytinq ölçülməsi vaxtı tələb olunan nəticəni göstərməyən "Sultan" serialının 20-ci, "Kötü yol" serialının isə 13-cü seriyadan sonra yayımı dayandırılacaq. Məlumata görə, kanal "D" rəhbərliyi hər iki serialın prodüsseri ilə görüşərək bu barədə məlumatı onlara çatdırıb.

Qeyd edək ki, aşağı reytinq səbəbilə "Veda" serialının dayandırılması gündəmə gəlsə də telekanal rəhbərliyi hələlik bu filmin yayımının davam etməsi istiqamətində qərar qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə