Müğənnilərimizə nə yaraşır?

Əslən azərbaycanlı olub, Özbəkistanda yaşayan kinorejissor Eldar Məmmədov Azərbaycan şou-biznesindən danışıb. Rejissor bəyəndiyi ifaçıların adlarını açıqlayıb. SİA-ya açıqlama verən Eldar bəy, klip çəkmək istədiyi müğənnilərin adlarını açıqlayıb: "Özbəkistanda bir çox müğənnilərlə iş birliyim olub. Ancaq azəri müğənnilərdən Aygün Kazımovaya, Zülfiyyə Xanbabayevaya, Namiq Qaraçuxurlu, Vasif Məhərrəmliyə klip çəkmək istərdim".

Eldar Məmmədov ifaçılarımıza yaraşdırdığı geyim üslublarından da söz açıb: "Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Röya Ayxana müasir geyimlər çox yaraşır. Ancaq onu da deyim ki, Aygün xanım milli paltarda da gözəl görsənir".

Bütün xəbərlər Facebook səhifəmizdə