Azərbaycanın tanınmış teleaparıcısı Saleh Bağırov yaradıcılığı haqqında şəxsi facebook səhifəsində maraqlı məlumat paylaşıb. Sözügedən açıqlamanı SİA oxucularına təqdim edirik:
"Xanımlar və cənablar, əziz dostlar, ən əsası isə çox dəyərli tamaşaçılar. Efirdə işlədiyim 12 il ərzində Allaha şükürlər olsun ki, sizdən ancaq gözəl münasibət, sevgi və hörmət görmüşəm. Bu hər aparıcıya nəsib olan xoşbəxtlik deyil və mən buna görə özümü bəxtəvər insan hesab edirəm. Yəqin ki, bu münasibətinizi qazanmağımda 3 hədəf əsas rol oynayıb. Peşəmə dəlicəsinə bağlılığım, daima üzərimdə çalışmağım və tamaşaçılarıma böyük hörmətlə yanaşmağım. Onu da deyim ki, adətən efirlərimlə, çıxışlarımla, apard
Artıq neçə illərdir ki, İTV və TRT-Avaz arasındakı sıx əməkdaşlıq gözünüz önündədir. Bu əməkdaşlığın bariz nümunəsi "Yeni gün" proqramındakı ortaq yayımlar, telekörpülərdir. Məncə bu verilişlərin hər bir buraxılışı böyük türk dünyasına əvəzsiz xidmət və töhfədir. Çox şadam ki, belə bir beynəlxalq əhəmiyyətli layihələrin, telekörpülərin aparıcısı Azərbaycan tərəfdən məhz mən olmuşam.
Məhz bu əməkdaşlıq çərçivəsində mən Saleh Bağırov bir neçə gündən sonra 3 ay müddətinə Azərbaycanı tərk edirəm və efir həyatımı, işlərimi qardaş Türkiyənin TRT-Avaz TV kanalında davam etdirəcəm.
3 aydan sonra fəaliyyətimi Azərbaycanda və ya Türkiyədə davam etdirəcəyim barədə heçnə deyə bilmərəm. Bunu zaman göstərəcək. Mənə hörmətlə yanaşan hər birinizə bir daha təşəkkür edib, uğurlar arzu edirəm. Çox sağ olun ki, varsınız.
Bəlkə şablon və qeyri səmimi səslənər. Ancaq növbəti cümləm faktdır.
Tamaşaçılarına hər zaman böyük hörmətlə və ehtiramla yanaşan Saleh Bağırov".
Qeyd edək ki, Saleh Bağırov İctimai Televiziyada ( İTV) "Yeni gün" verilişinin teleaparıcısıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB