Filipp Kirkorovun konserti baş tutacaqmı?

Filipp Kirkorovun konserti baş tutacaqmı?

Rusiyanın erməni əsilli, Dağlıq Qarabağ separatçılarının dəvəti ilə Xankəndində konsert verən və bununla da Azərbaycan sərhədlərini qanunsuz olaraq pozduğu üçün Xarici İşlər Nazirliyi tərəfindən "qara siyahıya" salınan müğənnisi Filipp Kirkorovun Bakı konserti təxirə düşüb. SİA-nın verdiyi xəbərə görə, müğənninin 9 noyabr tarixində Heydər Əliyev Sarayında nəzərdə tutulan konserti keçirilməyəcək. Səbəb isə müğənninin konsertinin tarixi və məkanının dəyişdirilməsidir.

Qeyd edək ki, Filipp Kirkorovun konsertinin 8 noyabr tarixində "Baku Crystal Hall" səhnəsində keçirilməsi planlaşdırılır.

Yuxarıda qeyd etdiyimiz kimi, Filip Kirkorov Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunlara məhəl qoymayaraq əzəli və hazırda Ermənistan tərəfindən işğal altında qalan torpaqlarımıza səfər edərək burada konsert verib. Halbuki belə sərhəd pozucuları 5-10 il həmin ölkəyə buraxılmır. Amma bu qanunun deyəsən, Filip Kirkorova heç bir aidiyyəti yoxdur. Yoxsa, müğənni günahlarını yuyub, ya da cəzasını çəkib? Görəsən nə ilə?

Bütün xəbərlər Facebook səhifəmizdə