Azərbaycan estradasının tanınmış müğənnisi Nadir Qafarzadə "Qarağacım" adlı yeni mahnısına klip çəkdirib. SİA-nın verdiyi xəbərə görə, müğənni klip çəkilişlərində 20-dən artıq aktyor və aktrisanı bir araya gətirib.
Nəzərinizə çatdıraq ki, "Qarağacım" adlı mahnının sözləri Eldar Allahyaroğluna, musiqisi Novruz Aslana aiddir. Mahnıya ekran həyatını Nail Naiboğlu verib.
Qeyd edək ki, 18 saat davam edən klipin operatoru Elmir Süleymanov, prodüsseri Pərviz Oqtayoğlu, montajçısı isə Elnar Həşimovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB