Məşhur müğənnilərin fanatları müharibə etdi

Abbas Bağırov yoxsa Elnur Məmmədov?
Məşhur müğənnilərin fanatları müharibə etdi

İki məşhur müğənninin fanatları "Facebook" səhifələrində əməlli başlı qırğına çıxıb. Fanatların bir cəbhəsi Abbas Bağırovu, digəri isə Elnur Məmmədovu müdafiə edib. Buna səbəb isə "Lider" tv-də yayımlanmağa başlayan "Super kimdir?" verilişinin ilk buraxılışı olub. Layihənin məğzini təşkil edən ulduzlu qarşıdurmada yalnız bir ulduz qalib gəlir. Bağlı mövzuların açıldığı bu verilişə ekspertlərin də iştirakı məxsusi həyəcan qatır.

Xatırladaq ki, hər çərşənbə axşamı "Lider" Tv-də yayımlanan "Super kimdir?" verilişinin rejissoru "Fotoşok" çu Novruz Məmmədov, redaktoru isə şairə-jurnalist Ülviyyə Alovludur.

Səs-küyə səbəb olmuş həmin buraxılışı sizə də təqdim edirik. Elnur-Abbas qarşıdurmasında kimin qalib olmalı olduğuna özünüz qərar verin:

Bütün xəbərlər Facebook səhifəmizdə