Müğənni “Məcbur ayırılıq” dedi

Müğənni “Məcbur ayırılıq” dedi

"Yeni ulduz" mahnı müsabiqəsinin yetirmələrindən olan Sadiq Məmmədov yaradıcılığındakı səssizliyə son qoyub. Müğənni SİA-ya açıqlamasında bildirib ki, o, tamaşaçılara yeni mahnı təqdim edib. "Məcbur ayrılıq" adlı mahnının müəllifi isə Sadiqin doğma qardaşı Rasim Məmmədovdur. Rasim həmçinin mahnını aranjeman da edib.

Sadiqin sözlərinə görə, mahnı onun ürəyincə olsa da, hələlik klip çəkdirmək fikrində deyil.

"Soruşurlar ki, niyə məhz "Məcbur ayrılıq"? Bu mahnının sevgilimə həsr olunduğunu düşünənlər də var. Amma bu, belə deyil. Mahnı qardaşımın bəstəsidir. Bəlkə də qardaşımdan soruşsanız, daha maraqlı cavab verər. Mən də bilmək istəyirəm, o, bu mahnını niyə və kimə yazıb?"

Bütün xəbərlər Facebook səhifəmizdə