Amerikalı məşhur aktyor Bred Pitt məşhur moda evi olan "Chanel"in №5 adlı ətrinin reklamında rol alıb. SİA-nın məlumatına görə, aktyorun Youtube-da yayımlanmağa başlayan reklam üçün 7 milyon dollar aldığı bildirilir. "Chanel"in ətir reklamında oynayan ilk kişi olan Bred Pitin bu işi may ayından mətbuata deyilmişdi.
Qeyd edək ki, dünyanın ən çox satılan ətri olan "Chanel" №5, fransız modaçı Coco Chanelin moda evində işləyən Ernest Beaux tərəfindən ilk dəfə 1921-ci ildə istehsal edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB