Müğənnilər kimsəsizləri sevindirdi

Müğənnilər kimsəsizləri sevindirdi

Ramanada 41 saylı Uşaq Ruhi-Əsəb Sanatoriyasında kimsəsiz uşaqlar üçün xeyiriyyə tədbiri keçirilib. SİA-nın məlumatına görə, Zeynəb Nuriyeva və Turanə Qasımovanın birgə təşkil etdiyi tədbirdə uşaqları sevindirmək üçün müğənnilər də toplaşıb.

Telejurnalistlər Vüsalə Şahvəliqızı və Tural Ozanın aparıcı olduğu tədbirdə müğənnilər Zarina Məmmədova, Ramil Xələfov, Sadiq Məmmədov, Lalə Abbasova, Elvin Abbasov, Günay Əsədullayeva, o cümlədən, "Əhli-beyt", "Abşeron" və "Avantaj" qrupu iştirak ediblər. Həmçinin, Dj Kənanın çıxışı da uşaqların ürəyincə olub.

Təşkilatçı Zeynəbin verdiyi məlumata görə, tədbir kimsəsiz uşaqlara yardım məqsədilə olsa da, həm də qarşıdan gələn müqəddəs Qurban Bayramına həsr olunub.

Foto müəliifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə