Hamilə Şakiranın Bakı konserti nə ilə yadda qaldı? YENİLƏNİB

Ulduz həmkarlarından geri düşdü
Hamilə Şakiranın Bakı konserti nə ilə yadda qaldı? YENİLƏNİB

Bu gecə Bakı daha bir dünya şöhrətli müğənninin canlı çıxışını izləyib. SİA xəbər verir ki, məşhur ulduz Şakira paytaxt sakinlərinə solo konsert verib. "Kristal Zal"ın səhnəsinə çıxan hamilə Şakira bir çox mahnılarını canlı ifa edib.

Şakiradan öncə səhnəyə azərbaycanlı aparıcı Tural Əsədov çıxıb. Tamaşaçıları salamlayan Tural onları Şakiranın çıxışına hazırlayıb. Aparıcıdan sonra isə "Kristal Zal" rok ifaçısı, 2 dəfə "Gremmy" mükafatına layiq görülən Meloni Fyonanı salamlayıb. Cəsarətli xanım maraqlı ifalar nümayiş etdirib.

Arena sakinlərinin səbirsizliklə gözlədiyi Şakira isə tamaşaçıları intizarda saxladıqdan sonra səhnəyə yol alıb. Olduqca sadə obrazda 25 min nəfərlik zalı salamlayan Şakira qara rəngə üstünlük verib. Sadə saç düzümündə və demək olar ki, kosmetikasız səhnəyə çıxan müğənni konsertin sonuna qədər libasını dəyişməyib.

Hamiləliyinin 6-cı ayını yaşayan Şakira vəziyyətini rəqslərində də hiss etdirib. Kolumbiyalı ulduz daha ehtiyatlı hərəkət edirdi.

Rəqs etdiyi zaman qarnını tutan Şakira Bakı sakinlərini salamladıqdan sonra maraqlı açıqlama da verib: "Bu gün qarşınıza kollektiv şəkildə çıxdıq. Qarnımdakı körpəm tez-tez tərpənir".

Qeyd etmək yerinə düşər ki, bu dəfə "Kristal Zal"dakı izdiham nisbətən zəif idi.

Xatırladaq ki, Şakiranın Bakı konsertini Universal Music şirkətinin Azərbaycanda olan rəsmi nümayəndəliyi "Omnikoma Music Group" təşkil edib. Şirkət daha öncə dünya şöhrətli Cennifer Lopez və Rihannanın konsertini keçirib.

16:00

Dünya şöhrətli Şakiranın Bakı konsertində baş verənləri həvəskar çəkilişlə lenta alınan videoda izləyə bilərsiz:

Bütün xəbərlər Facebook səhifəmizdə