Tanınmış müğənni Sevinc Ağaşirinovanın başına iş gəlib. Konsertə hazırlaşan ifaçının avtomobili Dövlət Yol Polisləri tərəfindən axtarışdadır. Məsələ burasındadır ki, ötən ilin dekabr ayından yol hərəkəti qaydalarını pozan Sevinc cərimələnib. Ancaq müğənniyə cəriməni və qayda pozuntusunu təsdiq edən qəbz verilməyib. Öncə 40 manat olan cərimə sonradan ödənilmədiyi üçün 140 manat olub. Bu cəriməni də ödəməyən Sevincin avtomobili axtarışa verilib.
Uzun zamandır gözə görünməyən müğənni dünən Dövlət Yol Polisi tərəfindən saxlanılıb. Avtomobilin cərimə meydançasına aparılacağını deyən polis maşından enmək tapşırığını verib. Ancaq sonda ödənən cərimələr məsələni həll edib.
Hadisə şahidi olduğumuz zaman Sevinc SİA-ya açıqlama verib: "Heç yadımda deyil o qaydanı necə və nə vaxt pozmuşam. Çünki mənə bu barədə heç bir məlumat verilməyib. Cərimələndiyimi bilsəydim, aparıb ödəyərdim. Ancaq yenə də sağ olsun yol polisləri, biz müğənnilər üçün az da olsa güzəşt edirlər. Onu da deyim ki, mənim qayda pozmaqla aram yoxdur. Təhlükəsizlik kəmərindən də hər zaman istifadə edirəm".
Yolda olan problemi həll etdikdən sonra Sevinc avtomobili ilə bağlı daha bir hadisəni danışıb: "2 il öncə maşınımın pəncərələrini sındırıb, çantamı oğurlamışdılar. Orada isə puldan əlavə, çox önəmli sənədlərim də var idi. Çox pərişan olmuşdum. Qarət olunduqdan sonra avtomobildə çanta saxlamayacağıma and içdim.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB