Daha bir müğənnimiz, gənc ifaçı Aysel Əlizadə Türk rejissorlarına klip çəkdirib. Ayselin mətbuat katibinin SİA-ya verdiyi məlumata görə, ötən gün baş tutan çəkilişlər müğənnin məşhur "Ulduzlar" mahnısına idi. Türk klipmeykerləri arasında Demet Akalın, Yaşar və bu kimi sənətçilərin kliplərinə ekran həyatı verən Teoman adlı rejissor bu dəfə azərbaycanlı sənətçi ilə çalışıb. Onların işbirliyinə məşhur türk mahnılarının söz yazarı Ayşe Birgül Yılmaz vasitəçi olub. Çəkilişlər bir günə tamamlanıb.
Klipdə ifaçının saç düzümü və makiyajını Sibel Canın, Demet Akalının dəyişməz ustası edib və sənətçimizi öz yanaşmasından gözəlləşdirib.
Hazırda montaj prosesini keçən klipin kadrları ayın sonuna doğru hazır olacaq. Qeyd edək ki, klip 30 min dollara başa gəlib. Aysel heyyətin işini bəyənərək, klipin mahnı qədər reytinqlərdə ön sıralarda olacağını ümid edir.
Çəkilişləri bitirib, Türkiyədə səfərini davam etdirən Ayselin gələn həftə TMB kanalında çıxışı gözlənilir. O, azərbaycanlı teleaparıcı Elyanənin qonağı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB