“Kimsə belə iş ortaya çıxarsa... onu ayaqda alqışlayaram”

“Kimsə belə iş ortaya çıxarsa... onu ayaqda alqışlayaram”

Xəbər verdiyimiz kimi dünən tanınmış müğənni Ayan Babakişiyeva yerli klip bazarını "silmələyən" "Məni anla" adlı yeni klipini təqdim edib. SİA-ya açıqlama verən müğənni bildirib ki, bu günə qədər heç kim belə məhsul təqdim etməyib. Ayan hər zaman olduğu kimi iddialı çıxış edib: "Jurnalistlər sual verir ki, niyə indiyənə kimi məhz bu cür kliplə qarşımıza çıxan olmayıb. Çünki, klip çox maraqlı insanlarla çəkilib. Həm sujet xətti, həm rejissorlar, həm də rol alan aktyorlar çox fərlidir. Klipdə rol alan aktyorlardan biri dünya və Avropa çempionu Orxan Heydərli olub. İndiki müğənnilərin çoxu komplekslidir. Fikirləşirlər ki, eybəcər görünərəm, birdən alınmaz və ya o cəsarətdə deyillər. Şou-biznesdən kimsə belə iş ortaya çıxarsa onu ayaqda alqışlayaram".

Bu da Ayanın bəhs etdiyi klip:

Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə