Kim haqlıdır: tanınmış rejissor, yoxsa keçmiş xanımı? AÇIQLAMA
Xatırladaq ki, tanınmış rejissor Aqil M. Quliyevin birgə yaşadığı Afət Turabovdan borc aldığı xəbəri yayılmışdı. Xəbərdə deyilir ki, Afət xanım rejissorla birgə yaşadığı vaxtlarda anası ilə qaldığı mənzili sataraq 150.000 manatını Aqilə verib.
Ailənin yaxın adamının verdiyi məlumata görə, hazırda Afət anası ilə birgə kirayələrdə qalır və özünün də başqasına külli miqdarda borcu var. Hətta o, şəxsi problemlərinə görə, tanınmış şirkətlərdən birində tutduğu vəzifəsindən də çıxarılıb. Afətin anası və nənəsi xəstədir, onlar çətin vəziyyətdən çıxış yolunu ədalət məhkəməsində görürlər. Əslində məhkəmə bu ilin martında olub. Amma Afət Turabova Aqili itirməmək üçün bu problemin mətbuata sızmamasına çalışıb və yaxın vaxtlara kimi belə bir problemin olmadığını deyirdi.
Məsələ haqqında Aqil bəyin özü ilə əlaqə saxladıq. Zəngimizə cavab verməyən rejissor əməkdaşımıza sms yazaraq məsələyə belə aydınlıq gətirib: "Afət xanımla yaşamışam. Ancaq hazırda ayrılmışıq. Məsələnin kökündə başqa məqsədlər dayanır. Daha bu haqda danışmaq istəmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB