Ayan klip bazarında "inqilab" etdi YENİLƏNİB

Ayan klip bazarında "inqilab" etdi YENİLƏNİB

Xəbər verdiyimiz kimi bu gün tanınmış müğənni, yenilikləri ilə daim gündəmdə olan Ayan Babakişiyeva "Məni anla" adlı klipinin təqdimat mərasimi keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə mahnının bəstəkarı Xanım İsmayılqızı, söz yazarı Rəşad Məcid, klipin rejissorları Ceyhun İbrahimoğlu, Vüqar İslamzadə , müğənninin stilisti Səbinə İmanova, mətbuat katibi Şahin Cavadsoy və bütün yaradıcı heyyət iştirak edib.

Klip haqqında ətraflı məlumat verən Ayan kifayyət qədər əziyyət çəkdiyini etiraf etdi: "Sözügedən klipdə mübarizə aparmağı və dalaşmağı üstün tutmuşam. Klip Qəbələdə çəklib.Çəkiliş zamanı bir neçə zədə almışam. Bədənimin bir neçə nahiyəsi əzilib. Yaradıcı heyətin işinə məsuliyyətlə yanaşaması məni çox sevindirir. Klip qrafika üslubunda çəkilib. Komandamıza daxil olan heyətin sayı 30 nəfərdən artıq idi. Kifayət qədər maliyyə vəsaiti xərclənsə də, qiymət açıqlamaq fikrim yoxdur. Əsas odur ki, ürəyim istəyən klipdir və tamaşaçıların da bəyənəcəyinə əminəm"..

Azərbaycan klip bazarında durğunluk yaşanan bir zamanda keyfiyyətli məhsul təqdim edən Ayan kompleksiz olduğunu da gizlətmədi: "Bir sözlə, komplekssiz müğənniyəm. Hər an kamera önünə makiyajsız çıxa bilərəm. Tam əminliklə deyirəm ki, klipim çox fərqlidir. Çünki hansısa mebel salonunda yox, fərqli məkanda çəkdirmişəm. Bir şeyi də nəzərinizə çatdırım ki, klipdəki hərəkətləri karete üzrə dünya çempionatı Arif Məmmədovdan öyrənmişəm. Bir çoxları soruşur ki, bu gücü hardan alıram. Mən də deyirəm ki, belə cəsarətli olmağıma dostlarım stimul verir.

Ayanla birgə klipə çəkilən Azər Aydəmir isə klipin azərbaycan tamaşaçısı üçün yenilik olduğunu bir daha vurğulad: " Bu, Azərbaycanda ilk elmi fantastik klipdir. Ayanla işlədiyim üçün çox şadam".

Süjet xətti olan klipdə Ayan "sevgi manyakı"olan professorun toruna düşmüş xanım obrazını yaradıb. Klipdə beyni idarə olunan qıza professor zorla öz hisslərini yeritməyə çalışır.

Klipin art direktoru Azər İbrahimoğlu, səs rejissoru Vüsal Həsənov, stilisti Səbinə İmanovadır.

Klip elmi-fantastika janrında çəkilib. Ayan klipdəki döyüş səhnələrini lazımi formada yerinə yetirmək üçün ona təlim keçən idmançılar, Arif Məmmədov və Orxan Heydərliyə də öz minnətdarlığını bildirdi.

Tədbir zamanı klip çəkilişlərinin pərdəarxası məqamlarını özündə əks etdirən "making of" da nümayiş etdirildi.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə